5 mart 2024 at 16:31
Jurnalist kodu: 5487
Xəbər kodu: 85409212
T T
0 Persons

Tags

Hizbullahın raket hücumlarının yeni mərhələsi - Sionist rejim ordusunun bazasında yanğın

Tehran - İRNA - Media mənbələri bu gün (çərşənbə axşamı) Livan Hizbullah Hərəkatının sionist rejim ordusunun işğal olunmuş ərazilərin şimalındakı mövqelərinə yeni şiddətli raket hücumları barədə məlumat yayıb. Bu hücumlarda sionist rejimin hərbi bazaları və əsgərləri hədəf alınıb.

Sonist rejim mediaları bununla bağlı yaydıqları məlumatda bildiriblər ki, işğal altındakı Fələstinin şimalındakı Əl-Cəlil Ulya bölgəsindəki Muşav Zəriyət qəsəbəsinə bir neçə anti-zireh raket zərbəsi endirilib.

Livan Hizbullah Hərəkatı da yaydığı bəyanatda bildirib: “Barka Rişa bazasında düşmən hərbi komandasını raketlərlə hədəfə aldıq və onlardan bir neçəsini öldürdük və yaraladıq.”

Hizbullahın bəyanatına əsasən, bu hücum həm də Barke Rişa baza avadanlığının məhvinə səbəb olub.

“Əl-Mayadin” telekanalı da bu hücumdan sonra Barke Rişa bazasında baş verən yanğın barədə xəbər verib və bu yanğından yaranan tüstünün görüntüsünü yayıb.

Sionist rejim mətbuatı da bu rejim ordusunun Livan sərhədi yaxınlığındakı Əl-Mənarə, Muskav Amm və Margliyut qəsəbələrində gediş-gəlişi qadağan etdiyini açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .